Tanınmış türkiyəli müğənni Gülçin Ergülün olduğu maşın ağır qəzaya uğrayıb.
“Vətənim-Azərbaycandır.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Balıkesirdə dostu, iş adamı olan sevgilisi Erdal Şeyda Lafçının sürdüyü maşında qəzaya düşüb.Bildirilib ki, müğənni və iş adamının olduğu maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb.
İş adamı hadisə yerində həyatını itirib. Müğənni isə yaralanıb.
Gülçin Ergül Balıkesir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

