BMT-nin Malidəki missiyasının iki sülhməramlısı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.
“Vətənim-Azərbaycandır.az” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik məlumat verib. Yaralılar xəstəxanalara yerləşdiriliblər."BMT-nin Malidəki missiyası bu gün əldəqayırma qurğunun partlaması nəticəsində sülhməramlılardan ibarət patrul maşının partladıldığı barədə məlumat verib. İlkin məlumatlara görə, iki sülhməramlı yaralanıb və onlar BMT xəstəxanasına göndərilib”, - Cüarrik deyib.