20 yaşlı dayısı oğlunu qətlə yetirdi
Ağstafada 23 yaşlı gənc 20 yaşlı dayısı oğlunu bıçaqlayıb.“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Əli Əsgərov dayısı oğlu 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni bıçaqla qətlə yetirib.
İlkin məlumata görə, onlar arasındakı dava 10 manat pula görə çıxıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.