Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Günəşli kəndindən keçən hissəsində olub.Belə ki, hərəkətdə olan VAZ 21 06 markalı, 12 BB 510 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən Günəşli kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Saleh Cahangir oğlunu vurub.
Qəzada xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Cəfərovun vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir.