Bakının Səbail rayonunda ikimərtəbəli restoranda yanğın baş verib.
"44gun.org "Qafqazinfo" ya Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə istinadən bildirilir ki, ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.