SON DƏQİQƏ

74 yaşlı kişi tüstüdən boğulub öldü

Tarix:15-02-2022, 00:18 Oxunub:341

Oğuzda 74 yaşlı kişi tüstüdən zəhərlənərək ölüb.

"Vətənim-Azərbaycandır.az" ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.
Belə ki, kənd sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb.
T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb. 74 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, evdə odun sobası olub və tüstülənmə də sobadan baş verib.
Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman