Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi ilə bağlı saziş imzalanıb.
“Vətənim-Azərbaycandır.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, müqavilənin imzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti İbrahim Rəisinin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilib.Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək təbii qaz göndəriləcək.
Müqavilənin icrasına dekabrın 22-dən etibarən başlanılacaq.