Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 faiz artaraq 100,68 dollar olub.Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2014-cü ildən sonra ilk dəfə - cari ilin fevralın 17-si 3,2 faiz artaraq 100,76 dollar olmuşdu.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub