“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu, Londonun ICE birjasının göstəricilərində əks olunub.Bakı vaxtı ilə saat 06:54-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 2,44% artaraq bir barel üçün 113,30 dollar təşkil edib.
***
“Brent” markalı neftin qiyməti 2013-cü ilin fevralın 13-dən bəri ilk dəfə 119 dolları keçib.