Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.
44gun.org Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
- Özbəkistanda 130-a yaxın Azərbaycan kapitallı müəssisə fəaliyyət göstərir
- Azərbaycan və Rusiya arasında ticarətin genişləndirilməsi üzrə kompleks tədbirlər görülür
- Qəbələdə əmək yarmarkası keçiriləcək
Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.
Qeyd edək ki, “Rosselxoznadzor” ötən ilin dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqqında qərar verib. 2021-ci ildən isə qurum müntəzəm olaraq Azərbaycanın bir sıra müəssisələrindən pomidor və alma idxalını bərpa edib.