SON DƏQİQƏ

‘Tomrisin Varisləri’-“ Hüseynova Pərvin Rafik qızı – “Tomrisin varisləri”nin mərd siması”

Tarix:3-10-2025, 22:30 Oxunub:409

44GUN.ORG

​​​​
Neftçalanın qış səhərləri bir başqa olur. Günəş dənizdən doğurmuş kimi, torpağın üzərinə nazla süzülür, işıq hər yeri isidir. Elə həmin işıqlı səhərlərdən birində – 1980-ci ilin 2 dekabrında Pərvin adlı bir qız dünyaya göz açdı. O gündən etibarən Neftçalanın ömrünə bir mərdlik, bir işıqlı ürək yazıldı.

Pərvin xanımın həyat yoluna baxanda görürsən ki, o, sadəcə bir müəllim, yaxud bir sahibkar deyil. Onun hekayəsi qadın cəsarətinin, ürək genişliyinin, insan sevgisinin dastanıdır.

1986-cı ildə kiçik addımlarla doğma məktəbin qapısından içəri daxil olanda, gözlərində elə bir işıq vardı ki, sanki gələcəkdən xəbər verirdi. O işıq onu illər sonra müəllim kürsüsünə gətirdi. 2005-ci ildən bəri şagirdlərinə dərs deyən Pərvin müəllim sadəcə ingilis dilini öyrətmir. O, uşaqlara həyatın lüğətini, mərdliyin qrammatikasını, insanlığın tərcüməsini anladır. Onun sinfində biliklə yanaşı, sevgi, hörmət, dostluq var. Hər bir şagird onun üçün bir dünyadı – kiminin dərdini dinləyir, kiminin uğurunu paylaş. Bir anlıq müəllim olur, bir anlıq ana, bir anlıq sirdaş… Amma hər zaman nümunə.

Pərvin xanımın ürəyi təhsillə kifayətlənmir. O, sahibkarlıq aləminə də qədəm qoydur və  dekor sənətini öz ömrünün bir parçasına çevirir. İnsanların arzularını bəzəmək, onların kiçik xəyallarına toxunmaq onun üçün yeni bir məktəbdir. Deyir ki, müəllimliyi olmasaydı, bəlkə də insanlarla bu qədər asan ünsiyyət qura bilməzdi. Onun fəlsəfəsi sadədir: qazanc üçün yox, ruhun yaratmaq ehtiyacı üçün yaşamaq…

Pərvin xanım üçün uğur – sadəcə zirvəyə çatmaq deyil. Uğur onun qəlbindədir: hər gün bir az daha yaxşı olmaq, sınmadan irəliləmək, öz yolunu sevərək addımlamaq. 

“Tomrisin varisləri” layihəsinə qatılarkən ürəyindəki səsi dinlədi: “Bura mənim yerimdir.” Çünki bu layihə mərdliyi, işgüzarlığı, fədakarlığı ehtiva edir. O, inandı ki, öz hekayəsi oxucuların ürəyində kök salacaq, sevgiylə qarşılanacaq.

Bugün biz Pərvin xanımı tanıyırıq – müəllim kimi, sahibkar kimi, amma ən çox da mərd bir qadın kimi. Onun hekayəsi bizə göstərir ki, həqiqi güc yalnız bilikdə deyil, həm də ürəkdədir. Sevgi, mərhəmət və mərdlik – Pərvin xanımın bütün yolunu işıqlandıran üç müqəddəs çıraqdır.

Ona baxanda anlayırsan: insanın dəyəri qazandığı adlarda, var-dövlətdə deyil. Əsl dəyər – başqalarının həyatına toxunduğun işıqda gizlənir. Pərvin Hüseynovanın hekayəsi də məhz belə bir işıqdır.



Yazıçı Jurnalist-Sevinc Salehqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman