26.02.2022 ci il tarixində "Azərkitab" kitab mərkəzində Sahibkar Qadınlar İctimai Birlininin "Xocalı Soyqırımının" 30 illiyinə həsr olunmuş tədbiri baş tutdu. Tədbiri ilk olaraq Sahibkar Qadınlar İB-nin sədri Zemfira xanım Ağayeva açdı. Görüşdə ictimaiyyət nümayəndələri, media nümayəndələri, Xocalı şəhidlərinin ailə üzvləri, Xocalıda əsir düşərək 8 gün erməni qəsbkarlarının əsirliyində qalmış şairə Dürdanə Ağayeva, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova, Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət, şairə-publisist Nəsibə İsrafilqızı, şairə-publisist Hacı Azadə Taleh Abbasqızı, "Vətənim-Azərbaycandır.az" xəbər portalının təsisçisi və baş redaktoru Kamran Orucov da iştirak edirdi. Tədbirdə rəssam Ülkər Əbülfətin əsərlərindən ibarət sərgi nümayiş olundu. Daha sonra xüsusi istedadlarına görə fərqlənən şəhid ailələrinin uşaqlarına modelyer-rəssam Fəxriyyə xanım və şairə-publisist Azadə xanım tərəfindən müxtəlif fəxri fərmanlar təqdim olundu.
Allah Xocalı qurbanlarına rəhmət etsin!
Nəhayət Şirinova
İctimaiyyətçi.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə nümayəndəsi.