Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.







