SON DƏQİQƏ

Kəlbəcərdə mühəndis texnikalarımız atəşə tutuldu.

Tarix:10-11-2021, 02:55 Oxunub:369

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman