SON DƏQİQƏ

Bu ay 49 nəfər zəhərlənib, onlardan 3-ü ölüb

Tarix:17-11-2021, 21:27 Oxunub:309

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə diaqnozu ilə gətirilən 3 nəfər vəfat edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, noyabrın 1-dən bu günədək xəstəxananın Toksikologiya şöbəsinə ümumilikdə 49 nəfər müraciət edib.
Onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib. Zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri qida (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olub

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman