Tarix üzrə elmlər doktoru Aydın Balayev vəfat edib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə professor Adil Qeybulla özünün feysbuk hesabında paylaşım edib.Qeyd edək ki, Aydın Balayev 1956-cı ildə Bakıda anadan olub. Tarixçi professor Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, doxsanadək elmi əsərin müəllifidir.