Bakıda yaşayış binasında yanğın olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.