“İqtisadiyyat Nazirliyi tərəfindən Ağdam Sənaye Parkının meşə zolağında günəş enerjisi ilə işləyən damcılama suvarma sistemi quraşdırılıb”.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter səhifəsində yazıb.“Bu innovativ sistemin quraşdırılması "Ağıllı şəhər" konsepsiyasının vacib elementlərindən biridir”, - deyə E.Hüseynov qeyd edib.

