Möhtərəm Qalib Sərkərdəmiz!
Biz Qubadlı rayonu sakinləri, sizinlə daima fəxr edirik. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və xalqa verdiyiniz ən böyük dəyərdir.Bu Zəfər sizin mükəmməl sərkərdəlik bacarığınız sayəsində mümkün oldu. Siz xalqımızın Qarabağ arzusunu solmağa qoymadınız, tükənməkdə olan ümidlərini alovlandırdınız, “Qarabağ Azərbaycandır!” deyərək Qələbə əzmimizi daha,da yüksək etdiniz.Azərbaycanın güçlü iqtisadiyyatı da hər kəsə bəllidir ki, sizin səyləriniz və illərlə çəkdiyiniz əziyyətin bəhrəsidir.Bəli bu gün siz ölkəmizi həm də güçlü iqtisadiyyat məkanına çevirmisiniz.Əziz Prezidentimiz, sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, sizə uzun və sağlam ömür yolu arzu edirik.Şiraslan Orucov.
Qubadlı rayon sakini
"Vətənim-Azərbaycandır.az"