Azərbaycan xalqının dəyərli Lideri!
Sizi Sahibkar Qadınlar İctimai birliyi adından salamlayıram. Bizlər də xanım ordusu olaraq Sizin və Mehriban xanım Əliyevanın Azərbaycanımızın çiçəklənməsi üçün gördüyünüz işləri alqışlayır və dəstəkləyirik. Məhz sizin illərdir apardığınız məqsədyönlü siyasət nəticəsində məğlubedilməz Azərbaycan Ordusu 30 ildən sonra erməni qəsbkarlarına qarşı müharibədə 44 gündə Azərbaycanımıza Qələbə yaşatdı. Bu Azərbaycan xalqına sevinc dolu töhfədir.
Əziz Prezidentimiz! Qalib bir sərkərdə kimi sizi 60 illik yubiley münasibəti ilə ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı arzulayıram.Tanrı Sizi və doğma Azərbaycanımızı qorusun.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva.
"Vətənim-Azərbaycandır.az"