Dinindən, dilindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, cəmiyyətlərin ölkəmizə olan vətənpərvərliyini məmnunluq hissi ilə qeyd edirik.
24.12.2021ci il tarixində Vətənimizin qonağı
Türk dünyası "TURAN"- düşüncə mərkəzinin və Beynəlxalq Əlillər Cəmiyyətinin KIRM üzrə hər iki təşkilatın rəhbəri, əslən Ukraynalı olan
NATALYA SERGEYEVNA
Vətənimizin qonağı olmuşdur.
Türk elinin gözəl adət-ənənəsi olan iki Azərbaycan gəncinin izdivacında iştirak etmişdir. Natalya xanımın Azerbaycandakı həmkarı: Türk dünyası "TURAN"- düşüncə mərkəzinin və Beynəlxalq Əlillər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri TAHİR XUDİYEVİN mələk övladı İLAHƏ XANIMIN və RƏFAİL BƏYİN toy məclisində çıxışı zamanı fürsətdən istifadə edib iki xalqın UKRAYNA və AZƏRBAYCAN xalqlarının əsrlərdən bəri qardaşlıq əlagəsindən, dostluğundan, qonaqpərvərliyindən razı qaldığıñı, səmimi sevgilərini məclis iştirakçılarına
xüsusilə qeyd etdi. Sonra Natalya xanım Sergeyevna çıxışında Azerbaycan xalqının qüdrətindən, Ümumimilli Lider, Ulu öndərimizin layiqli davamçısı, xalqın sevimlisi Hörmətli Prezidentimiz İLHAM ƏLİYEVİN humanist mədəniyyəti, rəqiblərinə qarşı yüksək əxlaqi davranışını, siyasi mübarizənin yüksək əxlaq çərçivəsində aparılmasını, diplomatik məharəti ilə bir tarix yazıb, bütün dünyanı özünə heyran qoyması faktlarını dönə-dönə, qürur hissi ilə vurğuladı. İzdivac Təbrikinin sonunda gözəllər-gözəli gəlinimiz İlahə xanım Tahir qızına firavan həyat, can sağlığı və ailə sədaəti arzu etdi.
Hatalya xanım növbəti gün Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərin Xiyabanını ziyarət etdi.. Bu Ziyarətdə ona Həmkarı Tahir Xudiyev eşlik edirdi. Şəhidlərin ruhuna dua etdikdən sonra məzarların üzərinə tər qərənfillər düzdülər. Biz də öz növbəmizdə Vətənim-Azerbaycan.az rəhbərliyi və xalqımiz adından dəyərlimiz Tahir Xudiyevə və onun qonağı Natalya xanım Sergeyevnaya xeyirxah əməlləri üçün dərin təşəkkürümüzü bildiririk. İki dövlət arasında yaratdıqları xoşməramlı missiyaları davamlı və uğurlu olsun- deyirik.
Nailə Muradova
"Vətənim-Azərbaycandır.az"