SON DƏQİQƏ

Son 50 ilin ən soyuq günü yaşandı

Tarix:29-12-2021, 04:19 Oxunub:218

Kanadanın şimal və qərb bölgələrində son üç gündə rekord temperatur enişləri qeydə alınıb. 

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 26-da Britaniya Kolumbiyası əyalətinin paytaxtı Vankuverdə son 50 ilin ən soyuq günü yaşanıb.
Belə ki, bazar günü şəhərdə mənfi 15,3 dərəcə soyuq qeydə alınıb. Bu rekord sonuncu dəfə Vankuverdə 1971-ci ildə reallaşmışdı. Həmin il şəhərdə mənfi 12,8 dərəcə soyuq yaşanmışdı. 
Kanada Meteorologiya İdarəsi kəskin soyuqların Yeni ilə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman