Artıq 2016-cı ildən səhhətimdə ciddi problemlər yaranıb.“ Yuxarı sagittal sinus və falksın orta 1/3 –ni “diaqnozu qoyulub.“Daha sonra “Oraqşəkilli struktur meninqioması “ diaqnozu ilə Neyrocərrahiyyə xəstəxanasında neyrocərrah Ələsgər Həsrətov tərəfindən əməliyyat olunmuşam.2016-cı ilin fevral ayında olan bu əməliyyatdan sonra oktyabr ayında növbəti əməliyyat olunmuşam.2018-ci ildə səhhətim yenidən ağırlaşıb.
2019-cu ildə Türkiyənin Medikal Göztəpə Hastanesində cərrahi əməliyyat olunmuşam və müalicələr almışam.
Bildiyiniz kimi artıq 6 ildir ağır xəstəlikdən əziyyət çəkirəm.Heydər Əliyev fondunun dəstəyi ilə bir neçə dəfə beyin əməliyyatları keçirtdim.
Bir sözlə bu günə kimi Beynimdə və döş qəfəsimdə yaranmış problemlərə görə cox baha başa gələn müalicələr almaq məcburiyyətindəyəm.
Çalışdığım İCTİMAİ kanalının başda rəhbərliyi olmaqla bütün kollektivi mənə dəstəyi əsirgəməyib. Dostlar da sağ olsun maddi və mənəvi dəstəklərini daim göstəriblər.
Bu sözləri tanınmış prodüser Minarə Əsgərova "Vətənim-Azərbaycandır.az" xəbər və informasiya saytına müsahibəsində deyib. Prodüser daha sonra qeyd edib ki , bu gün hörmətli millət vəkilimiz Nigar Arpadarai ilə görüşdüm.Millət vəkili mənim səhətimlə maraqlandi. Əlindən gələn dəstək göstərməsinə söz verdi. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm.