Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milord Şadliq saraynın heyəti, başda Zaur bəy olmaqla, Araz İsgəndərzadə və onun yanında olan təmənnasiz bu islərdə kömək edən insanlarla birlikdə 44 günlük Vətən Müharibəsində Şəhid olan Ailələrin və uşaqları ilə bir araya gəlib, Milord Şadlıq evində yeni il şənliyi təşkil edilmişdir. Mütəmadi olaraq bu işlə məşğul olan bu dəyərli insanlar 800-den çox şəhid ailəsinə yardimlar edib, ümumilikdə iş birlikde 8 ilden çoxdu bu kimi yardimlarla, xeyriyyə işləri ilə məşğuldurlar.
Gecədə 2021-ci ilin Azerbaycan gözəli seçilən Aydan Yeşildağ da iştirak etmiş genclərimize örnək münasibət sərgiləmişdir.
"Vətənim-Azərbaycandır.az" saytının təsisçisi və redaktoru Kamran Orucov da görüşdə iştirak etmiş və informasiya dəstəyi göstərmişdir.
Ümid edirik ki, bu görüşlərimiz davamlı olacaqdır.
Afaq Azad
"Vətənim-Azərbaycandır.az"