Dekabr ayı Azərbaycan Respublikası üçün həm kədərli, həm də sevindirici günləri ilə yadda qalandır.
12 dekabr Ulu Öndər Mərhum Prezidentimiz Heydər Əliyevin anım günü hər kəsi kədərə boğan bir gün, 24 dekabr isə bizlərə QARABAĞIMIZI işğaldan azad edİb Qələbə sevincini yaşadan Ulu Öndərin yadigarı, Ali Baş Komandanımız ,Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin doğum günüdür.Bu il həmdə Möhtərəm Prezidentimizin 60 illik yubleyi oldu . Bu münasibətlə Prezidentimiz İlham Əliyevi təbrik edir, həyatını doya -doya və xoşbəxt yaşamağını arzulayıram. Bu gün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlin gəlişi ilə Azərbaycanın Qəhrəman Prezidentini ,Azərbaycanın Birinci Xanımı Mehriban Xanım Əliyevanı ,övladlarını və onlara doğma olan hər kəsi təbrik edirəm. Qoy bu Yeni İl gəlişi ilə daha düşərli olsun inşallah.
Möhtərəm Prezidentimiz Sizin simanizda bütün Azərbaycan xalqını təbrik edirəm.İllər bir birini ötəcək amma əminəm ki,Azərbaycan yenidən Qarabağ problemi ilə üzləşməyəcək və bu üzdən son iki il bizlər üçün daha sevindirici illər kimi tarixə düşəcək.Bu tarixi yazan isə SİZ AZƏRBAYCAN RESPUBLİKASININ QALİB ORDUSUNUN MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI İLHAM HEYDƏR OĞLU ƏLİYEV olacaqsız.Siz QARABAĞ AZƏRBAYCANDIR ! şüarı ilə,mənfurları ağladan Qalib Sərkərdə kimi tarix yazmış Prezident oldunuz.Mən Sizinlə Fəxr edirəm .Mənim Əziz Prezidentim.Yaşa ,Var Ol.
Gəncə İnsan Hüquqlarının Müdəfiəsi və Ekologiyanın Qorunması Mərkəzinin Sədri Starə Hacıyeva
"Vətənim-Azərbaycandır.az"