Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Qəhrəman generalın 47-ci doğum günündə II Fəxri Xiyabandakı məzarı səhər saatlarından etibarən ziyarət olunur.
Şəhidin anası Səmayə Həşimova, şəhid anaları, hərbçilər, ictimaiyyət nümayəndələri Polad Həşimovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.Xatırladaq ki, general-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
“Qafqazinfo” nun fotoqrafı Pərvin Zeynal Fəxri Fiyabanda xalqın ziyarətini kamerasının yaddaşına köçürüb:











