Mütəxəssislər “Omicron” ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazır.Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. “Omicron”la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində “Omicron” “delta”dan daha yavaş yayılıb.