Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi koronavirusa yoluxub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Həmçinin, PSJ-nin digər futbolçuları Xuan Bernat, Natan Bityumazalya və Serxio Rikonun da COVID-19 testinin nəticəsi müsbət çıxıb.