Həyatda elə insanlar var ki, onların ömrü çırağa bənzəyir. Özündən çox, ətrafına işıq saçır. Onlar üçün ömür... kamilliyə gedən yol, Vətəni, xalqı, doğmaları üçün yaşantıdır. Belə ömür sahibləri yalnız özləri üçün yaşamırlar.. Onlar daim elm öyrətmək, yaxşılıq etmək, mərhəmət göstərmək rəftarında bulunurlar. Bu insanlar ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİLƏR.
Məhz bu seçilmişlərdən biri də öz ehtibarlığı, səmimiliyi, mərdliyilə Azerbaycanın sevilib seçilən ziyalısı
MUSA İBRAHİM oğlu HƏSƏNOVDUR.
Gəncə şəhərinin Təhsil və tədrisinə ömrünü-gününü gənc nəslin təlim- tərbiyəsinə həsr etmiş Musa müəllim
bu gün də Gəncənin tarixində bir təhsil fədaisi kimi xatırlanır. Onu da qeyd etmək istəyirəm ki, həyatda elm və təhsil sahəsində öz izini qoymuş MUSA müəllim, Azərbaycan mətbuatında öz dəsti xətti olan, xalqımızın dəyərli ziyalısı İLQAR HƏSƏNOVUN ATASIDIR.
Cəmi 54 il qısa ömür yaşayan Elimizin Müdirik Atası MUSA müəllimin bu gün doğum günüdür.
10.01.2022ci ildə
95 yaşı mübarək olsun!!!Həmişə fəxr etmişik ki, məhz sizin yetirmənizik.
Hər zaman bizim ürəyimizdəsiniz. Sevənlərin gözlərində Musa müəllimin daima əksi canlanır, xatirəsi qəlbimizdə, nəsihətli səsi qulaqlarımızdadır.
Əzizimiz ILQAR müəllimin dərdinə şərik olmaqla yanaşı ailəsinə və əzizlərinə səbr diləyirik. Musa müəllimin Ruhu şad, məkanı behişt olsun.
Nailə Muradova
"Vətənim-Azərbaycandır.az"