Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Vətənim-Azərbaycandır.az”ya bildirilib.Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.