“Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı “cahil” adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksuya daha bir sərt reaksiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.
“Vətənim-Azərbaycandır.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Cümə namazından sonra çıxış edən Ərdoğan “Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur” deyib:“Təhqirlərin mini bir qəpik. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”.