SON DƏQİQƏ

Hərbçimiz həlak oldu

Tarix:22-01-2022, 22:52 Oxunub:193

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman