SON DƏQİQƏ

Vaxtı keçmiş məhsullar satan market aşkarlandı

Tarix:2-02-2022, 01:47 Oxunub:253

Goranboy rayonu, Zeyvə kəndində fəaliyyət göstərən, fiziki şəxs Adıgözəlov Veysəl Vaqif oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatlar, meyvə şirələri, energetik içkilər və s. qida məhsullarının qanunsuz satışının həyata keçirildiyi aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman