Yevlaxda çobanın ermənilər tərəfindən atılan kasetli bombanın partlaması nəticəsində həlak olduğu yerdən əlavə 17 bomba da aşkar edilib.
"Vətənim-Azərbaycandır.az" DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılov Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölüb.