Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram. ULU ÖNDƏR.
Həyatda elə insanlar var ki, onların ömrü çırağa bənzəyir. Zehni, ağılı ilə özündən çox-çox uzaq ətraflara işıq saçır. Onlar üçün ömür... ilk növbədə millət, xalq, ən önəmlisi isə bilik verdikləri şagirdlər üçün kamilliyə gedən yoldur. Belə ömür sahibləri yalnız özləri üçün yaşamırlar.. Onlar daima elm öyrətmək, yaxşılıq etmək, mərhəmət göstərmək rəftarında bulunurlar. Bələ insanlar ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİR.
Məhz bu seçilmişlərdən biri də öz ehtibarlığı, səmimiliyi, mehribanlığı, vətənpərvərliyilə sevilib-seçilən Azərbaycanın görkəmli pedaqoqu Adilə Əli qızı Hüseynovadır. Adilə xanım Qədim Gəncə şəhərində minlərlə ailənin ziya nuru, gözlərinin işığı, sözün əsil mənasında xalqımızın ziyalı xanımdır. Adilə xanım öncə 41saylı sonra isə 38 saylı tam orta məktəbin tədris təhsil sahəsində çalışmışdır. 42 illik iş fəaliyyətində təlim- tərbiyyəsilə bir çoxlarına nümunə olmudur. Məktəbin təşkilatçılıq, quruculuq işlərində fəal iştirak etməsilə yanaşı riyaziyyat fənnini tədris etmişdir. Adilə xanım həmkarlarına yeri gələndə bacı, şagirdlərə isə Ana olmuşdur. --Keşməkeşli həyatı səbrlə, təmkinlə qarşılayıb, Allahın alın yazısına boyun əyən zaman insanlar müdiriklük zirvəsinə yüksəlirlər. Bu müdiriklüyün ümdəsi, həyatdan yetərincə dərs almış MÜDİRİK ADİLƏ xanımın qismətinə yazılıb.
Qeyd etmək istəyirəm ki, Adilə xanımın şagirdləri çox şanslıdırlar.. Bu illər ərzində onun yetişdirdiyi şagirdlər bir çox layihələrin təşəbbüskarı və ölkəmizdə keçirilən olimpiyadaların qalibi olmuşdur. Şagirdləri qazandıqları nəaliyyətlərin sevincində Adilə xanımın əziyyəti az deyildir. Adilə müəllimə ziyalı xanım olmaqla yanaşı ailədə qayğıkeş Ana, Cəmiyyətdə gözəl Xanım kimi yorulmadan öz diqqət və qayğısını heç kimdən əsirgəmir. Bu nəaliyyətlər hamısı çox qürurverici və gözəl hisslərdi.
Adilə xanım hazırda əmək məzuniyyətindədir . Boş vaxtlarında poeziya və qirayyətlə məşgul olmağa üstünlük verir. Hələ gənclik yaşlarından dahi yazıçı və şairləri qiraət etmək və şeir yazmaq xobbisi olmuşdur.. Adilə xanıma can sağlığı, uzun ömür, həyat və yaradıcılıq uğurları arzu edirik..
Və mükəmməl poeziyasından bir şeirləri sizə təqdim edirik.
ŞƏRƏFLİ ÖMÜR.
Uça dergahına əl açıb yenə,
Allahım, durmuşam sənin səcdənə.
Xidmət etmək üçün millət,vətənə,
Şərəfli bir peşə bəxş etdin mənə.
Ömrümü-günümü təhsilə verib,
Ziyalı bir nəsil yetirmişəm mən
Şükürlər olsun ki, kamala ərib,
Arzum, istəyimlə seçilmişəm mən.
İlahi nə coxmuş bu mərhəmətin,
Sayəndə kamiləm, həm də ki, mətin.
Tələbin ciddidir, ömürsə çətin,
Bu yolda gəncliyi itirmişəm mən,
Ömrümü qürurla keçirmişəm mən.
"Vətənim-Azərbaycandır.az" - icraçı direktor Nuridə Məmmədova