Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Bədrəddin Rəhimov idarə etdiyi "VAZ-21011" markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə Rəhimova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.