Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.
“Vətənim-Azərbaycandır.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə rusiyalı həmkarı Sergey Lavrovla görüşündə danışıb.
Onun sözlərinə görə, komissiyanın iclası mayın 16-17-si keçirilə bilər.