Milli Məclisdə Qarabağ Müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edib.
O, qeyd edib ki, hazırda müharibə veteranlarına verilən müavinətin həcmi 80 manatdır və bu, olduqca azdır: “Onlara verilən müavinətin minimum istehlak səbəti dəyərində, yəni 202 manat həcmində verilməsi ədalətli olardı”.
Qeyd edək ki, təklif həm birinci, həm də ikinci Qarabağ müharibəsi veteranları ilə bağlı edilib.