“Yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər. Belə halda Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq haqqında düşünə bilər”.
“Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.
"Mən artıq demişəm ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik", - Şxaqoşev deyib.
Parlamentarinin sözlərinə görə, “Ərdoğan ciddi siyasətçidir. Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər".