SON DƏQİQƏ

Bakıdakı yanğında bir nəfər ölüb

Tarix:18-05-2022, 06:14 Oxunub:260

Bakıda baş verən yanğında bir nəfər ölüb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman