Ölkəmizdə iki qardaş ölkə olan Türkiyə və Azərbaycanın birgə mükəmməl layihəsi olan"TEKNOFEST AEROKOSMİK VƏ TEXNOLOGİYA" Festivalı keçirilmişdir. Qürurverici anlarla yadda qalan festival öz görüntüləri ilə bütün dünyaya, səs salmağı bacarmışdır. 44 günlük haqlı Vətən savaşının ən sadiq mənəvi dəstəkçisi olan Türkiyəmiz bu festivala bir daha Azərbaycanın böyük qardaşı olmağı bəyan etmiş oldu.
Festivalda iki qardaş ölkənin və dünyanın bir çox ölkələrindən qonaglar istirak edib. Festival bu gün də öz işini davam etdirəcək!
"Vətənim-Azərbaycandır.az". Xəbər portalının şimal zona rəhbəri, İctimaiyyətçi Nəhayət Şirinova dünən, "Texnofest Aerokosmik və Texnologiya" Festivalında iştirak edib. Komandamız adından ona uğurlar arzu edirik.
Yaşa, var ol, çiçəklən, doğma Azərbaycanımız!


