28 MAY - Müstəqillik Günü Azərbaycan xalqının tyarixində ən şanlı və parlaq səhifələrdən biri olaraq qalacaq. Müstəqil Azerbaycanın daha da yüksəlişində, çiçəklənməsində xalqımıza dəstək olan bir çox sahibkar iş adamlarının sayəsində bu müstəqilliyimiz daima və əbədidir.
28 may Müstəqillik Günü münasibəti ilə "Vətənim-Azərbaycandır.az" xəbər portalı Vətənin müxtəlif bölgə və regionlarında xalqa dəstək olan vətənpərvər insanlarla görüş keçirmişlər. Bu məqsədlə "Vətənim-Azərbaycandır.az xəbər portalının baş redaktoru Kamran Orucov başda olmaqla və onun komandası Cənub bölgəsinin cənnət məkanı olan Lerik rayonuna üz tutmuşlar. Azerbaycan Respublika Sahibkar Qadınlar cəmiyyəti IB. sədr müavini, Lənkaran Sahibkar Qadınlar şöbəsinin sədri, Sahibkar- Xeyriyyəçi Hacı xanım gələn qonaqları özünəməxsus qonaqpərvərliklə qarşılamışdır. Tədbir zamanı Kamran Orucov Xeyriyyəçi Hacı Zərintac xanımın Xalqa olan fədəkarlığını: qonaqpərvərliyini xüsusən Şəhid, Qazi, imkansız ailələrə olan diqqət və dəstəyini vurğulamışdır. Onun bu əməyini yüksək qiymətləndirmiş və daima diqqət mərkəzində olmasını qeyd etmişdir. Tədbir iştirakçıları: ATU. Daxili xəstəliklər kofedrasının professoru, Tibb elmləri Doktoru Murad Baxşıyev və Əli Əliyev adına Azerbaycan dövlət həkimləri təkminləşdirmə inistitutunun Dossenti Zeynalov Aydın Firuddin oğlu Hacı xanım haqqında öz gözəl təsurratlarını bölüşmüslər. Tədbirin sonunda Vətənim- Azerbaycandır.az xəbər portalının baş redaktoru Kamran Orucov Xalqımız adından Hacı Zərintac xanımın əməyini yüksək qiymətləndirən Fəxri Fərman təltif etmişdir.
Hacı xanıma "Vətənim-Azərbaycandır.az" xəbər portalının rəhbərliyi adından həyat və gələcək işlərində bol-bol uğurlar arzu edirik.
Nailə Muradova
"Vətənim-Azərbaycandır.az" xəbər və informasiya portalının icraçı direktoru.