Məsumluğu və saflığı özündə birləşdirən uşaqlar dünyamızın sevinci,yaraşığıdır. Onları dünyaya gətirərkən bütün məsuliyyətimizlə onların hüquqlarını bilməli ,hər yıxıldığında qaldırmalı ,iç səslərini duymalı,vətənə layiqli övlad kimi böyütməliyik. Bu gün 1İyun Uşaqların Beynəlxalq müdafiəsi günüdür.
Bu münasibətlə bütün uşaqları təbrik edir, xoşbəxtlik,səadət və sağlamlıq arzu edirəm. Uşaqlara təzə geyim almaqla onlara sevinc bəxş edirik düzdür , amma ,daha çox təhsil verməklə gələcəklərini nura boyamış oluruq.Bu gün uşaqların daha yaxşı yaşaması üçün zəngin ölkəmizdən uşaqlarımıza pay ayrılmır biz övladlarımızı elə böyütməkiyik ki,böyüdükləri zaman uşaqların haqqını təmin etməsi üçün layiqli yerlərdə qərar verə bilsinlər.Uşaqlar vətənə nifrət yox vətənə sevgi aşılamaqla böyüməlidir . Bu gün 44 günlük müharibədə vətəni azad edən oğullar da 3-4 il öncə uşaqlar idi.İndinin uşaqları da gələcəyin qəhrəmanları , müdafiəçisi ,şəxsiyyətləridir.
Son olaraq Dünya Ana və Uşaqlar İB-nin adından uşaqlara sülh və əmin-amanlıq şəraitində yaşamağı arzu edirik.
Qoy həmişə gözlərinə kədər deyil sevinc dolsun,çöhrələrində gülüş əks olunsun.
Leyla Mətin
"Vətənim-Azərbaycandır.az"