SON DƏQİQƏ

“Azərsu” rəhbərliyi Oğuzda qəbul keçirəcək “Azərsu” rəhbərliyi Oğuzda qəbul keçirəcək

Tarix:6-06-2022, 15:24 Oxunub:263

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov iyunun 14-də Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Oğuz və Qəbələ Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman