“Forsaj” filminin mərhum aktyoru Pol Uokerin qızı Midounun toyu olub.
“Vətənim-Azərbaycandır.az” xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı model aktyor Lui Tornton Allanla ailə qurub.Midounu kilsədə mehraba atasının dostu - aktyor Vin Dizel aparıb. Dizel, eyni zamanda gəlinin xaç atasıdır.
Qeyd edək ki, Pol Uoker 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.