“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun paylaşımı İnstaqram tarixində idmançılar arasında ən populyar paylaşım olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu, portuqaliyalı hücumçunun sevgilisi Corcina Rodriqeslə əkiz uşaqlarının olacağı ilə bağlı paylaşdığı şəkildir. Sözügedən paylaşım 29 milyona yaxın insan tərəfindən bəyənilib.İnstaqramda bir idmançı ilə bağlı paylaşıma görə əvvəlki bəyənmə rekordu PSJ-yə qoşulmuş hücumçu Lionel Messinin ailəsi ilə birgə Paris klubunun formasında poza verdiyi şəkil idi. Həmin postu 22 milyondan çox insan bəyənmişdi.
