Uzun fasilədən sonra səhnəyə dönən britaniyalı müğənni Adel “London Palladium” konsert zalının səhnəsində çıxış edib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, müğənninin çıxışını ITV telekanalı “An Audience With...” proqramı çərçivəsində lentə alıb.Çəkilişin ən emosional anlarından biri Adelin onu sənətlə məşğul olmağa ilhamlandıran şəxslə - məktəb müəllimi ilə bağlı danışdığı tarixçə olub. Həmin an haqqında danışdığı müəllimin zalda peyda olması isə Adel üçün gözlənilməz sürpriz olub, müğənni göz yaşlarına boğulur.