Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rusdilli albomunu rəqəmsal platformalarda təqdim edib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu albom Azərbaycanda innovativ “Dolby Atmos” səs formatında səslənən ilk albomdur. Qeyd edilir ki, albom Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.