Volqoqrad Vilayət Məhkəməsində tibb universitetinin 17 yaşlı tələbəsi Timur Qavrilovun qatili Vitali Vasilyevlə bağlı dinləmələr keçirilib.
“Vətənim-Azərbaycandır.a” Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmədə Vasilyevə son söz verilib. O, Timurun anası İrina Qavrilovadan üzr istəyir. Məhkəmə hökmü bu gün elan olunacaq.Xatırladaq ki, hadisə 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilovski rayonunda baş verib. Vasilyev Azərbaycandan Volqoqrada təhsil almağa gedən Timuru yaşadığı yataqxananın yaxınlığında bıçaqlayıb. Cinayətdən sonra gizlənən Vasilyev 1 həftə sonra saxlanılıb. O, cinayəti etnik zəmində törətdiyini etiraf edib.
Həmçinin oxuyun: Azərbaycanlı tələbəni öldürənə 20 il həbs tələbi
