Braziliyada küçədə tibbi maska taxmaq tələbi ləğv edilir.
"Vətənim-Azərbaycandır.az" xarici KİV-ə istinadla xəbər bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.Qərara əsasən, noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.
Lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.
Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünyada üçüncü, ölənlərin sayına görə ikinci yerdədir.